Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna PUA-ları Samarada neft zavodunu vurdu

User 22 Sentyabr 2026 - 10:15 (Last updated: 22 Sentyabr 2026 - 10:14)
ukr rus zerbe samara

Sentyabrın 22-nə keçən gecə Ukraynaya məxsus “onlarla” pilotsuz uçuş aparatı Rusiyanın Samara vilayətinə hücum edib.

Azpost.info bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişşev məlumat verib.

“Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi yaşayış evlərinə və avtomobillərə ziyan dəyib”, – Fedorışşev “Telegram” kanalında yazıb.

O, hücum nəticəsində xəsarət alanların olub-olmadığını açıqlamayıb. Qubernator zərbələrin nəticələrinin foto və videosunun yayımlanmasına qoyulan qadağanı da xatırladıb.

Astra nəşri hadisə şahidlərinin yaydığı görüntülər əsasında Samara şəhərində PUA-ların hədəfinin Kuybışev neft emalı zavodu olduğunu müəyyənləşdirib. Hücumdan sonra zavodda güclü yanğın baş verib.

Müəssisə “Rosneft” şirkətinə məxsusdur və regionun ən böyük neft emalı zavodlarından biri hesab olunur. Zavodun nominal emal gücü ildə 7 milyon ton neft təşkil edir.

2024-cü ildə müəssisədə 4,7 milyon ton neft xammalı emal olunub. Zavod həmin il 0,8 milyon ton avtomobil benzini, 1,4 milyon ton dizel yanacağı və 1,3 milyon ton mazut istehsal edib.

Bundan əvvəl müəssisə bu ilin iyun ayında da dron hücumuna məruz qalmışdı. Reuters-in sənaye sahəsindəki mənbələrinin məlumatına görə, həmin hücumdan sonra zavod neft emalını dayandırmışdı.

AzPost.az

Post navigation

Previous: “Yüzlərlə sənəd artıq mövcuddur” –
Next: Çips və şirniyyat əvəzinə bunları yeyin

Oxşar xəbərlər

abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40

xƏBƏR

adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının...
Read more about ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib
ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.