Ukrayna Rusiya hərbi aerodromlarına PUA zərbələri endirib-40 hərbi təyyarə məhv edilib

Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.

Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.

Rusiya Müdafiə Nazirliyi hələ ki, Ukraynanın Rusiya hərbi aerodromlarına PUA hücumu barədə məlumatı təsdiqləməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.