Ukrayna Silahlı Qüvvələri Qara dəniz səmasında Rusiyanın “Su-30SM” qırıcısını məhv edib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib.
Məlumatın təsdiqi kimi Ukrayna kəşfiyyatı təyyarənin vurulduğu anları əks etdirən videonu yayıb.
Su-30SM Rusiya Aerokosmik Qüvvələrinin Krımdakı Saki aerodromunda yerləşən 43-cü hərbi dəniz aviasiya alayına məxsus idi. Sentyabrın 11-də səhər saat 5 radələrində Rusiya hərbçiləri onunla əlaqəni kəsib. An-26 təyyarəsinin və Mi-8 və Ka-27 helikopterlərinin iştirak etdiyi qırıcının axtarışlarına üç saat sonra başlanılıb. Nəticədə təyyarənin qalıqları Tarxankut burnundan 70 kilometr şimal-qərbdə tapılıb.
Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, məhv edilən qırıcının dəyəri təxminən 50 milyon dollardır.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya hərbi müdaxilə başlayandan bəri Rusiya ordusu ən son Su-57 qırıcısı və A-50 kəşfiyyat təyyarəsi də daxil olmaqla ən azı 100 döyüş təyyarəsini itirib.
Azpost.info