Ukrayna Rusiyanın iri neft emalı zavodunu PUA ilə vurdu

Ukraynanın zərbə tipli dronları Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi şəhərinə hücum edərək ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan “Kirişinefteorqsintez” zavodunu vurub.

Hücum barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.

Drozdenko bildirib ki, sənaye zonasındakı yanğınla bağlı məlumat var: “Yanğınsöndürənlər artıq hadisə yerindədir”.

Məlumata görə, hücumun hədəfi “Surqutnefteqaz” şirkətinə məxsus olan “Kirişinefteorqsintez” zavodu olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.