Ukrayna Rusiyanın neft emalı zavodunu PUA-larla vurub

Sentyabrın 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna hücum edilib.

UNİAN xəbər verir ki, kamikadze PUA-ların hücumundan sonra obyektin ərazisində güclü partlayışlar olub və irimiqyaslı yanğın başlayıb.

İlkin məlumata görə, partlayışlar xüsusilə neftin ilkin emalının vakuum sütununa xeyli ziyan vurub.

Respublikada PUA təhlükəsi ilə bağlı Ufa hava limanının fəaliyyətini dayandırdığı, şəhərdə mobil internetin kəsildiyi bildirilir.

Rusiya tərəfi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.