Ukrayna Rusiyanın neft zavodlarına rekord sayda zərbə endirib

Ukrayna noyabr ayında Rusiyanın neft emalı zavodlarına rekord sayda zərbə endirib.

AzPost bildirir ki, bu barədə Bloomberg-in məlumatında deyilir.

Ötən ay Ukrayna ordusu ən azı 14 dəfə Rusiyanın neft emalı zavodlarına hücum etmək üçün dronlardan istifadə edib, həmçinin Rusiyanın “kölgə donanmasına” məxsus tankerləri və Rusiyadakı dörd neft yükləmə qurğusunu vurub.

Bloomberg-in məlumatına görə, hücuma məruz qalan neft emalı zavodları Rusiyanın ümumi neft emalı həcminin 20%-dən çoxunu təşkil edib.
Agentlik qeyd edir ki, eyni zamanda, Rusiya qoşunları sərt qışdan əvvəl Ukrayna qoşunlarının və mülki əhalinin əhval-ruhiyyəsini pozmaq üçün Ukraynanın enerji infrastrukturuna və yaşayış binaları da daxil olmaqla mülki hədəflərə müntəzəm hücumlar davam etdirir.

Astra-nın məlumatına görə, 2 dekabr gecəsi Ukrayna dronları Orel vilayətinin Livnı şəhərindəki neft anbarına hücum edib. Qubernator Andrey Kliçkov Livnı rayonundakı yanacaq-enerji obyektlərində yanğın baş verdiyini təsdiqləyib. O, heç bir itki olmadığını yazıb. “Orelnaftoprodukt” neft anbarı Livnıda yerləşir; ona artıq yanvar ayının sonunda hücum edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.