“Ukrayna səfirindən ölkəni tərk etmək tələb olunmayıb”- Qazaxıstan XİN

“Ukrayna səfiri Petr Vrublevskidən ruslar haqqında söylədiyi sözlərə görə Qazaxıstan ərazisini tərk etmək tələb olunmayıb”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Ukrayna səfiri hazırda məzuniyyətdədir və Qazaxıstan hökuməti onun ölkədən çıxarılması üçün hər hansı tələb irəli sürməyib”, – XİN rəsmisi bildirib.

O, diplomatın gələcək karyerası ilə bağlı Ukrayna rəhbərliyi ilə məsləhətləşmələr apardığını da istisna etməyib.

Azpost.info

Əvvəlki məqalə

“Qızım 1 yaşlı uşağına zəhər verib sonra boğub…” –

Sonrakı məqalə

“Əvəz Zeynallının həbsindən narahatıq, hüququn ədalətinə sığınırıq” –