“Əvəz Zeynallının həbsindən narahatıq, hüququn ədalətinə sığınırıq” –- Əflatun Amaşov

“Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq”.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq: “Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.

Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib: “Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.

Əvvəlki məqalə

“Ukrayna səfirindən ölkəni tərk etmək tələb olunmayıb”

Sonrakı məqalə

“Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilər” –