Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 1 yaşlı uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləyib. 2021-ci il təvəllüdlü körpə ölüb.
Suraxanı rayon prokurorluğu cinayət işi açıb, ana saxlanılıb.
Azpost.info bildirir ki, Baku.TV hadisə baş verən evdə çəkliş aparıb. Körpənin nənəsi bildirib ki, qızı övladına perkes verəndən sonra onu boğaraq öldürüb. Bundan başqa qadın qızının psixoloji problemlərinin olduğunu iddia edib.
Həmin görüntüləri təqdim edirik: