Ukrayna “Transneft”in terminalına zərbə endirib –Neft anbarı yandırılıb

Ukrayna Novorossiyskdəki Transneft terminalına zərbə endirib.

AzPost bildirir ki, PUA-lar noyabrın 14-də, gecə şəhər limanına hücum edib və Transneft-in boru kəmərlərinin son təyinat yeri olan Şesxaris aşırma kompleksindəki neft anbarını yandırıb.

Terminal ixrac üçün neft və neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi, eləcə də Krasnodar diyarındakı neft emalı zavodlarını təchiz etmək üçün istifadə olunur.

Regional əməliyyat qrupu Şesxaris neft anbarında yanğın baş verdiyini bildirib; yanğın söndürülüb və xəsarət alan yoxdur. Zərərin miqyası və hücumun neft ixracına təsir edib-etmədiyi dəqiqləşdirilməyib.

Telegram kanalları 14 noyabr gecəsi Novorossiyskdə baş verən böyük yanğının görüntülərini yayımlayır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya bölgələri üzərində 216 Ukrayna dronu vurulub. Ən çox sayda dronu Krasnodar diyarı (66) və Saratov vilayəti (45) üzərində vurulub. Regionun qubernatoru Roman Busarginin sözlərinə görə, Saratovdakı mülki infrastruktur zədələnib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.