Zelenski və Makron Ukraynanın müttəfiqləri ilə sülh planı və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
Fransa prezidenti Emmanuel Makron Parisdə Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında “Könüllülər Koalisiyası”nın Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işləri başa çatdırdığını elan edib.
AzPost-un məlumatına görə, Makron həmçinin bildirib ki, ərazi məsələsini yalnız Ukrayna həll edə bilər. Zelenski öz növbəsində ərazi məsələsini ən mürəkkəb məsələlərdən biri adlandırıb və deyib ki, təkcə onun müzakirəsi altı saat yarım çəkib.
O əlavə edib ki, ABŞ-ın bu zəmanətlərdə iştirakını aydınlaşdırmaq üçün yaxın günlərdə Amerika nümayəndələri ilə müzakirələr aparılacaq.