Prezident Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlamaq üçün Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi, Türkiyə və ABŞ-ın iştirakı ilə “könüllülər koalisiyası”nın işçi qrupu yaradacağını açıqlayıb.
AzPost RİA-Novosti-yə istinadən bildirir ki, onun çıxışı Yelisey Sarayının YouTube kanalında yayımlanıb.
“Dəniz sahəsində əsas rol oynayan Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi və ilk dəfə ABŞ-ın iştirakı ilə sabahdan etibarən bir işçi qrupu yaratmaq qərarına gəldik. Yaxın günlərdə hər iki tərəfin töhfəsini ətraflı şəkildə araşdıra və beləliklə, təhlükəsizlik zəmanətlərini yekunlaşdıra biləcəyik”-deyə “Könüllülər koalisiyası” danışıqlarından sonra Makron bildirib.
ABŞ əvvəllər Ukraynada nizamlama planının hazırlandığını elan etmişdi, lakin sənəd üzərində iş davam etdiyi üçün detallar hələ açıqlanmayıb.