Ukrayna ordusu Xəzər dənizində “Lukoil” şirkətinin 3 qazma qurğusuna zərbə endirib.
AzPost bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatında deyilir.
Bundan başqa Luqansk vilayətinin Baraniçevo kəndi yaxınlığında Buk-M3 hava hücumundan müdafiə raket sistemi buraxılış qurğusu vurulub. İlkin zərbələr və partlayışlar qeydə alınıb.
Həmçinin Xerson vilayətinin işğal altında olan hissəsində, Novotroitsk yaxınlığında Rusiya Federasiyasının 49-cu Ordusunun logistika bölməsinin anbarına zərbə endirilib.