Ukrayna Xankəndində qondarma “seçkini” tanımadığını bəyan etdi

Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ ərazisində (Azərbaycan Respublikası) qondarma “prezident seçkilərinin” keçirilməsini pisləyir.

Bu fikirlər Ukrayna XİN-in bu gün yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub: “Qondarma “prezident seçkilərinin” keçirilməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir.

Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.