“Ukrayna yeni reallıqları nəzərə almasa, sülh olmayacaq”- PESKOV

“Ukrayna yeni reallıqları və yaranan vəziyyəti nəzərə almalıdır. Əks halda, sülh prosesindən danışmaq mümkün deyil”.

Azpost.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bunu Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına yol açmaq üçün Kiyevin mövqeyinin necə dəyişməli olduğuna dair sualı cavablandırarkən deyib.

“Moskvanın bütün tələbləri hamıya məlumdur. Faktiki vəziyyət və yeni reallıqlar da ortadadır. Bu məqamlar nəzərə alınmadan sülh kurunsa keçid mümkün olmayacaq”, – Peskov qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.