Ukraynada 50 hüquq müdafiəçisi və jurnalist öldürülüb- Son 1 ildə

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı nəticəsində bir il ərzində azı 50 hüquq müdafiəçisi, jurnalist və humanitar könüllü öldürülüb.

Azpost.info xəbər verir ki, bu barədə “Front Line Defenders” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya müharibənin əvvəlindən ukraynalı hüquq müdafiəçilərini hədəfə alıb.

Buna səbəb onların Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini sənədləşdirməsi və sübutları ötürməsi olub.

2022-ci ildə Ukrayna insan haqları müdafiəçiləri və jurnalistlər arasında qurbanların sayına görə dünyada ikinci, 186 nəfərin ölümü ilə Kolumbiyadan sonra ikinci yerdədir. Əvvəlki üç ildə Ukraynada belə qətllər qeydə alınmırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.