Ukraynada ABŞ qoşunları olmayacaq –Vens

“Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada ABŞ qoşunları olmayacaq.”

Bu sözləri ABŞ-ın vitse-prezidenti Devid Vens deyib.

“Tramp çox aydın ifadə etdi – Ukraynada ABŞ qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri duyğunu verməyə çalışmaqda davam edəcəyik”, – Vens bildirib.

Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin ABŞ prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirməyə çalışmaq üçün çoxlu kartları var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.