Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ukraynada atəşkəs xəbərləri nefti ucuzlaşdırır

User 19 Avqust 2025 - 11:05 (Last updated: 19 Avqust 2025 - 09:37)
rus neft

Neft qiymətləri Ukraynada atəşkəs perspektivləri ilə bağlı gözləntilərin artması fonunda ucuzlaşıb.

Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putin və Vladimir Zelenski arasında yüksək səviyyəli danışıqlardan sonra sammitin keçirilməsində israr edir.

Brent markalı neft ucuzlaşaraq bir barel üçün 66 dollara yaxınlaşıb. Bundan əvvəlki sessiyada isə qiymət 1,1% artmışdı. WTI isə təqribən 63 dollar ətrafında ticarət olunurdu. Tramp Rusiya prezidentinə zəng edərək Zelenski ilə görüşün təşkili üçün hazırlıqlara başlamağa çağırıb. Bu zəng ABŞ liderinin bazar ertəsi Ağ Evdə Ukrayna prezidenti ilə görüşündən sonra edilib.

Tramp–Zelenski danışıqları Kiyev üçün dönüş nöqtəsi hesab olunur. Bu görüş ABŞ prezidentinin Alyaskada Putinlə danışıqlarından və münaqişənin dayandırılması məsuliyyətinin Ukraynanın üzərinə düşdüyünü bəyan etməsindən cəmi bir neçə gün sonra baş tutub. Tramp həmçinin ikitərəfli sammitdən sonra üçtərəfli görüş keçirməyi də təklif edib.

Almaniya kansleri Fridrix Mers Ağ Evdəki görüşdən sonra bildirib ki, Putin və Zelenski arasında mümkün görüş iki həftə ərzində baş tuta bilər. Ukrayna lideri isə Tramp ilə görüşünü indiyə qədər olan ən yaxşı görüş adlandırıb.

Hesab edilir ki, hər hansı atəşkəs Rusiyadan xam neft tədarükünün artmasına səbəb ola bilər.

Son vaxtlar münaqişənin dayandırılması ilə bağlı danışıqlar intensivləşib: cümə günü Putin və Tramp görüşüb, bazar ertəsi isə Zelenski və Avropa liderləri ilə danışıqlar aparılıb. Bu hadisələr bazarda qeyri-müəyyənlik yaradıb. Bununla yanaşı, neft qiymətləri il ərzində hələ də 10%-dən çox azalma nümayiş etdirir. Bu, ABŞ-ın ticarət siyasəti ilə bağlı narahatlıqlar və OPEC+ hasilatının bərpası fonunda təklif artımı ehtimalları ilə əlaqələndirilir.

“Neft gözləmə rejiminə keçə bilər,” – deyə, Sinqapurda yerləşən analitik şirkət “Vanda Insights”ın qurucusu Vandana Hari bildirib. Onun sözlərinə görə, münaqişənin həllinə yol açılsa da, bu, uzun çəkə bilər.

Diplomatik səylərə baxmayaraq, hücumlar davam edir. Ukrayna bazar ertəsi “Drujba” neft kəmərinə yeni zərbə endirildiyini və bunun nəticəsində Mərkəzi Avropanın bəzi ölkələri üçün vacib olan xam neft tədarükünün dayandırıldığını açıqlayıb. İnvestorlar isə atəşkəs addımlarının sanksiyalara necə təsir göstərəcəyini izləyirlər. Tramp son vaxtlar Hindistana qarşı Rusiyadan neft alışı səbəbilə iqtisadi sanksiyaları sərtləşdirsə də, ən iri alıcı olan Çini “ikinci dərəcəli sanksiyalardan” qoruyub.

AzPost.az

Post navigation

Previous: Boğulma təhlükəsi ilə üzləşən neçə nəfər xilas edilib?
Next: ABŞ-də “Starlink”in işində nasazlıqlar yaranıb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

hormuz
  • Dünya

İran Hörmüz boğazını 48 saata aça bilər – ABŞ-dan hansı şərtləri tələb edir?

User 02 Noyabr 2026 - 13:51
İran Hörmüz boğazının fəaliyyətini iki gün ərzində bərpa etmək imkanını nəzərdən keçirir. Lakin bunun üçün ABŞ Tehran...
Read more about İran Hörmüz boğazını 48 saata aça bilər – ABŞ-dan hansı şərtləri tələb edir?
Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur 1704954558_telebe1
  • Sosial

Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur

User 02 Noyabr 2026 - 13:31
Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir? qan qrupu
  • Maraqlı

Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir?

User 02 Noyabr 2026 - 10:46
Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər rubio
  • Dünya

Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər

User 02 Noyabr 2026 - 10:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.