Ukraynada koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış aviauçuşlar bərpa edilib.
Trend-in məlumatına görə, ölkədə üç aylıq fasilədən sonra hava limanları iyunun 15-dən etibarən işə başlayıb. İlk təyyarə Kiyevin Borispol hava limanından Moldovaya yola düşüb.
Bu günə, həmçinin Belçika, Belarus, Niderland, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Litvaya uçuşlar planlaşdırılıb.
Qeyd edək ki, Ukraynada bu günədək 31 mindən çox şəxs koronavirusa yoluxub. 901 nəfər ölüb, 14 mindən çox xəstə sağalıb.