Ukraynada aviauçuşlar bərpa edildi

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış aviauçuşlar bərpa edilib.

Trend-in məlumatına görə, ölkədə üç aylıq fasilədən sonra hava limanları iyunun 15-dən etibarən işə başlayıb. İlk təyyarə Kiyevin Borispol hava limanından Moldovaya yola düşüb.

Bu günə, həmçinin Belçika, Belarus, Niderland, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Litvaya uçuşlar planlaşdırılıb.

Qeyd edək ki, Ukraynada bu günədək 31 mindən çox şəxs koronavirusa yoluxub. 901 nəfər ölüb, 14 mindən çox xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbul-Bakı reyslərində COVID-19-a dair arayışı etibarlı hesab edilən klinikaların sayı artırılıb

Sonrakı məqalə

Sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə vəziyyət necədir?