Ukraynada axtarışda olan general başqa ölkədən sığınacaq istəyib

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Andrey Naumov G7 ölkələrindən birindən siyasi sığınacaq istəyib.

Azpost.info xəbər verir ki, o, Ukraynada vətənə xəyanət, dələduzluq və vəzifədən sui-istifadə ittihamları ilə axtarışa verilib.

General bildirib ki, Ukraynaya orada onu ədalətli məhkəmə gözlədiyi zaman qayıtmağı planlaşdırır.

“Mən G7-nin aparıcı ölkələrindən birinə siyasi sığınacaq üçün müraciət etdim”, – Naumov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.