Ukraynada girov götürülən azərbaycanlı tələbə azad edilib

Ukraynada ruslar tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.

Bu barədə APA-ya  Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən girov götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün girovluqdan azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.

Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.

Əvvəlki məqalə

“Prezident Tramp axıra yaxın Putinə oxşamağa başladı” –

Sonrakı məqalə

Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb