“Prezident Tramp axıra yaxın Putinə oxşamağa başladı” –Keçmiş müşavirindən ittiham

“Tramp prezident səlahiyyətlərinin sonuna yaxın Putinə bənzəməyə başladı”.

Azpost.info xəbər verir ki, “Business Insider” bunu Trampın Rusiya məsələləri üzrə keçmiş müşaviri Fiona Hilə istinadən yazıb.

F.Hil deyir ki, prezident olduğu illər ərzində Tramp öz siyasi meylləri baxımından sələflərindən daha çox Putinə bənzəyirdi. Keçmiş müşavir xüsusilə qeyd edib ki, Tramp Ukraynadan öz məqsədləri üçün oyuncaq kimi istifadə edib və Kiyevə təzyiq göstərməyə çalışıb. Ukraynanı ABŞ-ın hazırkı lideri Co Baydenə qarşı təhqiqat başlatmağa məcbur edib.

Bununla yanaşı, Hil qeyd edib ki, Tramp administrasiya rəsmilərinin onun üçün hazırladığı materialları oxumurdu.

Tramp administrasiyasının digər keçmiş əməkdaşı, prezidentin milli təhlükəsizlik üzrə müşavirinin keçmiş müavini Çarlz Kupperman bildirib ki, Tramp Ukrayna ilə bağlı xoşagəlməz fikirlər səsləndirib: “Kiyev hökumətini korrupsioner adlandırmış və ona qarşı dələduzluq etməkdə ittiham etmişdi”.

İttihamlara cavab verən Tramp müşaviri işlədiyi zaman Hilə heç vaxt qulaq asmadığını deyib: “O, mənim haqqımda heç nə bilmirdi, mən onun haqqında heç nə bilmirdim və bu, mənim xoşuma gəlirdi”.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Sonrakı məqalə

Ukraynada girov götürülən azərbaycanlı tələbə azad edilib