“Ukraynada hərbi əməliyyatları dərhal dayandırmaq lazımdır”- LUKAŞENKO

“Ukraynada hərbi əməliyyatları dərhal dayandırmaq və sülh haqqında danışıqlar aparmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Ukraynada çoxlu ağıllı insanlar var, ona görə də ilkin şərt olmadan razılığa gəlinməlidir: “Kiyev üçün elə bir vəziyyət yarana bilər ki, Ukrayna hərbi personalın olmaması səbəbindən ona verilən silahlardan istifadə edə bilməz. İnsanlar Ukraynadan qaçır, heç kim döyüşmək istəmir. Onların silahları olacaq, amma adamları olmayacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.