“Ukraynada hərbi münaqişə çox uzun müddət davam edə bilər və buna görə də Kiyevə uzunmüddətli yardıma hazırlaşmaq lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, bu, həm Ukraynanın özündə, həm də bütövlükdə Avropada sülhə nail olmaq üçün edilməlidir.
“Hələ uzun müddət Ukraynaya kömək etməli olacağımıza hazır olmalıyıq. Ədalətli və davamlı sülhə nail olmaqda Ukraynanı dəstəkləyəcəyik. Bu məqsədlə biz Ukrayna və dünyanın bir çox başqa ölkələri ilə intensiv mübadilələr aparırıq”, – Şolts deyib.
Kansler qeyd edib ki, Ukrayna Avropa ailəsinə aiddir və buna görə də tərəfdaşlar onun Avropa İttifaqına daxil olması üçün hər şeyi etməyə çalışacaqlar: “Hazırda isə əsas vəzifə Ukraynaya özünü müdafiə etməkdə kömək etməkdir”.
Azpost.info
