Ukraynada karantin rejimi iyunun 22-dək uzadıla bilər

Ukraynada karantin rejimi iyunun 22-dək uzadılacaq. Lakin bununla yanaşı, məhdudiyyətlərin bir qismi aradan qaldırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Сніданку с 1+1”in efirində ölkənin baş sanitarı Viktor Lyaşko bildirib.

Lyaşko Ukrayna və Polşadakı epidemioloji vəziyyəti müqayisə edərək, virusun yayılması ssenarilərinin oxşar olduğunu diqqətə çatdırıb.

“Ona görə də biz hələ də ehtiyatlı olmalıyıq. İndiki şəraitdə bizdə virusun yayda necə olacağını bilmirik. Ona görə də biz bu problemə mövsümi baxımdan yanaşa bilmərik. Məsələ bundadır ki, biz məhdudiyyətləri vəziyyətə uyğun olaraq tədricən yumşaldacağıq. Karantin rejiminin təxminən iyunun 22-dək uzadılacağını desək də, burada hər şey epidemioloji durumdan asılı olacaq”, – deyə o qeyd edib.

Lyaşko, həmçinin yoluxanların sayının sürətlə azalacağı halda, Ukraynada karantinin vaxtından əvvəl ləğv oluna biləcəyini istisna etməyib.

Xatırladaq ki, Ukraynada karantin rejimi mayın 11-də elan edilib. Mayın 22-dən isə karantin rejiminin yumşaldılmasının ikinci mərhələsinə start verilir. Fitnes mərkəzlərin və idman zallarının, eləcə də açıq səma altında kinoteatrların və restoranların (evə götürmə) açılacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaş cəmiyyətinin pandemiya sınağı

Sonrakı məqalə

Lisey və gimnaziyalara qeydiyyat üçün şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək