“Ukraynada müharibə kino deyil, tez bitməyəcək” –ZELENSKİ

“Ukraynadakı müharibə bizim istədiyimiz qədər tez bitməyəcək. Çünki bu kino deyil, arxasında ukraynalıların və hərbçilərin həyatı dayanan və vaxt aparan gündəlik ağır işdir”.

Azpost.info bildirir ki, bu barədə Prezidentin saytı məlumat verib.  Prezident bu sözləri “Fox Corporation”-ın baş direktoru Laklan Merdok və “Fox News”un jurnalistləri ilə görüşündə deyib.

“İnsanlar nədənsə müharibəyə film kimi baxır. Hadisələrdə uzun fasilələrin olmayacağını, gözlərinin qarşısındakı mənzərənin daim dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyirlər” -deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, ukraynalılar və ukraynalı əsgərlər üçün müharibə film deyil, bizim həyatımızdır, gündəlik ağır zəhmətdir: “Onu tamamlamaq üçün vaxt lazımdır”.

“Hər şey istədiyimiz qədər tez bitməyəcək, lakin bizim təslim olmağa haqqımız yoxdur və bunu etməyəcəyik”, – deyə Zelenski bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.