“Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir”- Çin XİN

“Ukraynada münaqişə nə qədər mürəkkəb olsa da, danışıqlar yolu ilə həll edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çin xarici işlər naziri Qin Qanq Orta Asiya ölkələrinin xarici işlər orqanlarının rəhbərləri ilə görüşündə deyib.

“Böhran nə qədər mürəkkəb olsa da, yalnız danışıqlar, münaqişə nə qədər mürəkkəb olsa da, yalnız siyasi yolla həll edilməlidir”, – XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Çin lideri Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb və bu, Pekinin Ukrayna böhranının siyasi həllini təşviq etmək üçün atdığı mühüm addımdır.

Azpost.info

Əvvəlki məqalə

Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir

Sonrakı məqalə

“Lazımi yardımı göstərəcəyik”