Ukraynada Qələbə Günü 9 maydan 8 maya keçirilib.
Azpost.info info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı qanun imzalayıb.
8 may “1939-1945-ci illər İkinci Dünya Müharibəsində Anım və Nasizm üzərində Qələbə Günü” adlanacaq və rəsmi bayrama çevriləcək.
Mayın 9-da isə Ukraynada Avropa Günü qeyd olunacaq. Həmin gün qeyri-iş günləri sırasında olmayacaq.
Azpost.info