“Ukraynada sülh üçün ilk addımı Rusiya atmalıdır”- ŞOLTS

“Ukraynada sülhün əldə olunması istiqamətində ilk addımı Rusiya atmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Aydındır ki, Rusiya Ukraynaya hücum edib və Rusiya sülhün olması üçün indi nəsə etməli olan ölkədir”, – Şolts deyib.

Kansler Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

O qeyd edib ki, indi diqqət NATO-nun şərq cinahında təhlükəsizlik siyasətinin vəziyyətinə yönəldilməlidir: “Hücum olarsa, Alyansın hər santimetr ərazisini birlikdə müdafiə edəcəyik. Eyni zamanda, Qərb lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcək”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.