“Ukraynada tezliklə atəşkəs və sülh olmalıdır” –ÇİN XİN rəhbəri

“Aidiyyəti tərəflər Ukrayna ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək və gərginliyi artırmamaq üçün hər cür səy göstərməlidirlər”.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ fransalı həmkarı Katerinna Kolonna ilə telefon danışığında deyib. “Bütün tərəflərin sülhü təşviq etmək və danışıqları inkişaf etdirmək üçün birgə çalışması və daha çox iş görməsi vacibdir”. Van İ qeyd edib ki, hazırda Ukraynada vəziyyət daha da mürəkkəbləşir və uzanmağa meyllidir: “Bu şəraitdə ayıq-sayıq olmaq, tezliklə atəşkəs və sülhün bərqərar olması üçün koordinasiya yaratmaq lazımdır”. Çin Xarici İşlər Nazirliyi bəyan edir ki, ölkə Ukraynadakı vəziyyətin həllində konstruktiv rol oynamağa davam edəcək.

 

Azpost.info

Əvvəlki məqalə

İsrail xarici işlər naziri Türkiyəyə səfər edəcək

Sonrakı məqalə

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirməsi başa çatıb