“Ukraynada vəhşilik törədənlər cavab verəcəklər” –ABŞ dövlət katibi

ABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynada vəhşilik törədənləri məsuliyyətə cəlb etməyə davam edəcək.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bu bəyanat Blinkenin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə söhbətindən sonra səsləndirilib. Danışıqların təfərrüatlarını Dövlət Departamentinin nümayəndəsi Ned Prays açıqlayıb.

Praysın sözlərinə görə, Blinken Ukraynanın diplomatiyaya sadiqliyini yüksək qiymətləndirib. Həmçinin əmin edib ki, ABŞ və müttəfiqləri hazırda Ukraynada vəhşiliklər törədənlərin hamısını cavab verməyə məcbur edəcək: “Dövlət katibi Rusiyanın əsassız və qəddar müharibəsindən müdafiə olunması üçün ABŞ-ın Ukraynaya lazımi dəstəyi göstərəcəyini də bildirib”.

Azpost.info

Əvvəlki məqalə

Çin Sədri Prezident İlham Əliyevə məktub göndərib

Sonrakı məqalə

Azərbaycan və İtaliya XİN başçılarının təkbətək görüşü başlanıb