“Ukraynadakı münaqişə uzansa, hər şey Birinci Dünya müharibəsindəki kimi olacaq”- KİSSİNCER

“Ukraynadakı münaqişə mümkün qədər tez danışıqlar yolu ilə həll edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN telekanalına müsahibəsində deyib.

“Danışıqlar aparılmalıdır. Mən bu müharibəni qeyri-müəyyən müddətə uzatmaqdan çəkinərdim. Çünki belə olan halda hər şey Birinci Dünya müharibəsinə bənzəyəcək və yəqin ki, eskalasiya da olacaq. Ona görə də ümid edirəm ki, NATO ölkələri tezliklə danışıqların nəticələrinin nə olacağı və hansı nəticənin əldə oluna biləcəyi barədə öz aralarında razılığa gələcəklər”, – Kissincer bildirib.

Eyni zamanda, keçmiş dövlət katibi NATO ölkələrinin Rusiyaya güzəştə getməsinə qarşı çıxıb. O hesab edir ki, Rusiya xüsusi əməliyyatdan heç bir fayda görməməli və hazırda nəzarətində olan Ukrayna ərazilərini geri qaytarmalıdır.

Qeyd edək ki, 99 yaşlı Kissincer 1973-1977-ci illərdə ABŞ dövlət katibi, 1969-1975-ci illərdə isə prezidentin milli təhlükəsizlik üzrə müşaviri olub. O, Vyetnamda hərbi əməliyyatların dayandırılması üçün Paris Sülh Sazişinin bağlanmasında iştirakına görə Nobel Sülh Mükafatına layiq görülüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.