İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Ukraynadakı münaqişəyə son qoya biləcək şəxsin adını açıqlayıb.
Azpost.info xəbər verir ki, Berluskonin fikrincə, bu, Roma Papası Fransiskdir.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə ilə bağlı Roma Papasından başqa heç kimdə həll yolu yoxdur.
“Papa və Müqəddəs Taxt-Tacdan başqa kiminsə münaqişənin sülh yolu ilə həllinə aparan həll yollarına sahib olmaması faktı məni kədərləndirir”, – Berluskoni “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
Berluskoninin sözlərinə görə, nə qədər ki, Ukraynada münaqişə davam edəcək, dünya dözülməz əvəz ödəyəcək və böyük iqtisadi ziyana uğrayacaq.
Azpost.info