Rusiyada 53 yaşlı kişi ağlayan körpə uşağı pəncərdən aşağı tullayıb

Rusiyada Yamal vilayətinin Priuralsk rayonunda kişi iki yaşlı qız uşağını ikinci mərtəbədən aşağı tullayıb. 

Azpost.info bildirir ki, 53 yaşlı kişi uşağı öldürməyə cəhddə ittiham olunaraq saxlanılıb.

Sərxoş olan kişi birgə yaşadığı qadının nəvəsinin dayanmadan ağlamasnından qəzəblənərək uşağı pəncərədən atıb. Xoşbəxtlikdən uşaq sağ qalıb. Qonşu xilas edib.

“Uşağın ağlamağını qonşu eşidib və küçəyə qaçaraq onu yerdən götürərək mənzilinə gətirib. Dərhal təcili yardım çağırıb. Onun sayəsində uşağı şaxta vurmayıb”-deyə polisdən verilən açıqlamada deyilir.

Müəyyən olunub ki, həmin şəxs bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.

Azpost.info

 

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.