Ukraynadakı səfirimiz Elmira Axundova niyə görünmür? –Eynulla Fətullayev səbəbini açıqladı

Ukraynada müharibə başladıqdan sonra Azərbaycan səfiri Elmira Axundovanın proseslərdə görünməməsi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi cəmiyyətdə bir sıra suallar yaradıb. 

Azpost.info bildirir ki, bu ağır günlərdə səfirin fəaliyətinin qanedici olmaması tənqid olunub.

Ukraynadan qayıdan araşdırmaçı jurnalist Eynulla Fətullayev Elmira Axundovanın nə üçün görünməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, səfir çox ağır əməliyyatdan çıxıb, və səhhəti ona prosesdə fəal iştirak etməyə imkan vermir:

“Yazmaq istəmirdim, amma yazacağam! Səfir Elmira Axundovaya qarşı ədalətsiz və sərt münasibət bəsləyirik. Təxminən bir ay öncə Elmira xanım Türkiyədə ağır onkoloji əməliyyatdan çıxıb. Amma ağır xəstəliyə və ağrılara rəğmən prezidentin Kiyevə səfəri öncəsi öz xidməti vəzifəsinin icraatına dönüb. Mən bunu bilirəm! Hətta məşhur jurnalist Qordonla görüşdən sonra Elmira xanım gözümün qarşısında kəskin ağrılardan əziyyət çəkdi. Elmira xanım məğrurluğuna sığışdırmır, bunları söyləmir. Qadlndır! Amma mən ondan icazəsiz (yəqin bağışlayar!) deyəcəm. Elmira Axundovanın sağlamlığı imkan versəydi vəzifə başında olardı! Hamınızdan xahiş edirəm bu mövzunun üstündən keçək!”-deyə E.Fətullayev yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir