“Ukraynadakı vəziyyətlə bağlı bəzi ölkələrdə aclıq riski yaranıb” –ÇAVUŞOĞLU

“Ukrayna ətrafındakı vəziyyət dünyanı ərzaq böhranı riski ilə qarşı-qarşıya qoyub, bəzi ölkələrdə bu proses artıq başlayıb”.

Azpost.info bildirir ki, bu sözləri  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Əvvəllər Yaxın Şərqdəki münaqişələrdən danışırdıqsa, indi bu, Avropanın “ürəyində” münaqişədir. Bir tərəfdən insan faciələri, digər tərəfdən enerji qiymətlərinin artması. Dünya ərzaq böhranı riski ilə üz-üzədir. Bəzi ölkələrdə bu proses artıq başlayıb, aclıqla üzləşmə riski var”, – deyə Çavuşoğlu Eskişehirdə Osmangazi Universitetində tələbələr qarşısında çıxış edərkən deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, BMT  taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxarılması ilə bağlı dörd tərəfdən (Rusiya, Ukrayna, Türkiyə, BMT) təmas qrupu yaratmaqla bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, Türkiyə prinsipial olaraq razılaşıb və texniki görüşün keçirilməsi ideyası yaranıb.

Əvvəlki məqalə

Nazirlikdə münaqişə zamanı Qazini qucaqlayan polis kim olub? –

Sonrakı məqalə

Rusiyada VPN xidmətləri bloklanıb