Rusiyada VPN xidmətləri bloklanıb

Rusiyada federal qanunları pozan VPN xidmətlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Azpost.info bildirir ki, bu barədə RİA Novosti-yə “Roskomnadzor”un mətbuat xidmətindən bildirilib.

KİV-də Proton və NordVPN-in əsas VPN xidmətlərinin istifadəçilərinin proqramlara qoşula bilmədikləri deyilirdi.

“Rabitə haqqında” qanuna əsasən, qeyri-qanuni məzmunun bloklanmasından yankeçmə vasitələri təhlükə kimi tanınır. Monitorinq və Nəzarət Mərkəzi Rusiya qanunlarını pozan VPN xidmətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər həyata keçirir”, – Roskomnadzor qeyd edib.

 

Əvvəlki məqalə

“Ukraynadakı vəziyyətlə bağlı bəzi ölkələrdə aclıq riski yaranıb” –

Sonrakı məqalə

Prezident İlham Əliyev kraliça II Elizabeti təbrik edib