“Ukraynanın taxıl ixracı problemini ABŞ ordusu həll edə bilər” –Pentaqonun rəhbəri

“ABŞ ordusu Qara dəniz vasitəsilə taxıl ixracı problemini həll edə bilər. Sadəcə, Vaşinqton məsələnin diplomatik yolla həllinə nail olmağa çalışır”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

“Bölgədəki hərbçilər bunu edə bilər. Amma biz həmişə ilk növbədə diplomatik həllə nail olmağa çalışırıq və mən bu istiqamətdə böyük enerji görürəm”, – Ostin bildirib.

ABŞ və müttəfiqləri Rusiyanı Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükünü əngəlləməkdə ittiham edir. Moskva ittihamları rədd edir və problemin limanların Ukrayna hakimiyyəti tərəfindən minalanması səbəbindən yarandığını iddia edir.

Azpost.info

Əvvəlki məqalə

“Qəfildən “sevirəm” deyib qaçdım…Mənə görə haqsızlıqlara məruz qalıb” –

Sonrakı məqalə

ABŞ Venesuela ilə danışıqları bərpa edir –