“Rus dili dərsliklərini atmağa tələsməsinlər, lazım olacaq!”– Rusiya Dumasının sədri

“Ukraynada rus ədəbiyyatı və rus dilindən imtina səbəbindən yeni rusofobiya dalğası başlayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Nikolayev vilayətində məktəblərdə rus dili, Odessa vilayətində isə rus dili və ədəbiyyatı dərslikləri ələ keçirilib və rus yazıçıları təhsil proqramından çıxarılıb.

Volodin Ukrayna rəsmilərini insanların hüquqlarını pozduqlarına görə məsuliyyətə cəlb etməyə çağırıb: “Ukraynalılar rus dili dərsliklərini atmağa tələsməməlidirlər. Təxirə salın, sentyabrın 1-nə kimi qalsınlar ki, sonra onları axtarmağa ehtiyac qalmasın”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.