“Rusiya ordusunun Kiyev ətrafında olması Ukraynanı işğal etmək niyyəti deyil. Rusiyanın belə məqsədi yoxdur”.
Azpost.info Kremlin rəsmi saytına istinadən bildirir ki, bu sözləri prezident Putin bu gün keçirdiyi müşavirədə deyib: “Bizim belə məqsədimiz yoxdur. Bununla bağlı fevralın 24-də etdiyim müraciətimdə demişəm”.
Bununla yanaşı Putin bildirib ki, Ukraynanın demilitarizasiyası və denasifikasıyası əməliyyatı sona qədər davam etdiriləcək.
Prezidentin sözlərinə görə, hazırkı format mümkün olan yeganə format olub.