“Ukraynanı nüvə silahından imtinaya inandırdım, təəssüf edirəm” –KLİNTON

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bildirib ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayarkən Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına təəssüflənir.

Klinton bunu İrlandiyanın RTE telekanalına müsahibəsində deyib.

“Bu işdə bilavasitə iştirak etmişəm. Onları (Ukrayna) nüvə silahından imtina etməyə razılaşdırdım”, – Klinton iddia edir.

Amerikanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya müharibəyə başlamazdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.