“Ukraynanın arzusu bu il müharibəyə son qoymaqdır” –ZELENSKİ

Ukrayna
Ukrayna

Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək.

AZƏRTAC “RBK-Ukrayna” istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “RaiNews24” telekanalına müsahibəsində bildirib.

Prezidentin fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib. Müharibəyə son qoymaq Rusiyanın deyil, Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.