Ukraynanın Baş Naziri istefa ərizəsi yazıb

04 Mart 2020 - 08:40

Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini Ali Radaya göndərib.

“TASS” xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Dmitri Razumkov məlumat verib.

“Qonçarukun istefa ərizəsi parlamentə daxil olub”, – deyə “Strana” nəşri Rada spikerindən sitat gətirib.