“Ukraynanın hərbi yardım almasının vaxtı çatıb!”– İsrailli nazir

İsrailin diasporla iş üzrə naziri Nahman Şay hökuməti Ukraynaya hərbi yardım göndərməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, İranın Rusiyaya ballistik raketlər göndərmək planları ilə bağlı məlumatlara belə reaksiya verib.

“Ukraynanın ABŞ və NATO ölkələrindən aldığı kimi, İsraildən də hərbi yardım almasının vaxtı çatıb”, – Şay bildirib.

Qeyd edək ki, “The Washington Post”nun yazdığına görə, İran Rusiyaya pilotsuz təyyarələr göndərib. Nə Moskva, nə də Tehran bu növ silahların Rusiyaya çatdırılması faktını rəsmən təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Tehran münaqişənin heç bir tərəfini dəstəkləmir. Nazir həm Moskvaya, həm də Kiyevə silah tədarükünə qarşı çıxıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.