Ukraynanın müdafiə naziri vəzifəsindən azad ediləcək –Zelenskinin partiyası təsqidlədi

Ukraynanın müdafiə naziri Aleksey Reznikov vəzifəsindən azad ediləcək.

Azpost.info bildirir ki, bu barədə “Xalqın Xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya bildirib. O Reznikovun başqa vəzifəyə keçiriləcəyini təsdiqləyib.

“Aleksey Reznikov sənayenin strateji sahələrindən biri üzrə nazir vəzifəsinə təyin olunacaq. O, hərbi-sənaye əməkdaşlığının gücləndirilməsinə cavabdeh olacaq”. 

Araxamiya həmçinin Budanovun Müdafiə Nazirliyinə rəhbərlik edəcəyi barədə məlumatı təsdiqləyib.  Bu addımın hərbi zaman üçün məntiqi olduğunu bildirib.

O qeyd edib ki, Klimenko DİN naziri, Malyuk isə Təhlükəsizlik Xidmətinin rəhbəri olacaq.

“Güc nazirliklərinə bu mərhələdə siyasətçilər deyil, hərbi kadrlar başçılıq etməlidir”.

Aleksey Rznikov isə deyib ki, müdafiə naziri kimi fəaliyyətinin dayandırmaq barədə heç kim onunla hər hansı danışıq aparmayıb.

“Hər bir məmur bilməlidir ki, bütün həyatı boyu eyni vəzifədə otura bilməz. Yeni mərhələyə hazır olmalıdır. Odur ki, mən də istənilən vəziyyətə hazıram. Ordu üçün lazım olan bütün tapşırıqları yerinə yetirmişəm”.

Əvvəlki məqalə

Türkiyədəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət etdi

Sonrakı məqalə

Gəncədə küçədə azyaşlı qızı döyən şəxs saxlanılıb –