“Ukraynanın mülki hədəflərinə raket hücumları müharibə cinayətidir”- Avropa Komissiyası

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Ukraynada mülki hədəflərə həyata keçirdiyi raket hücumlarını kəskin şəkildə pisləyib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Tviter”də yazıb.

“Rusiyanın mülki əhaliyə və elektrik şəbəkəsinə hədəflənmiş zərbələri müharibə cinayətidir. Bu cür qeyri-qanuni hərəkətlər Brüssel və Kiyevin Ukraynada Avropa yolunda islahatları təşviq etmək əzmini gücləndirir”, – Komissiya sədri deyib.

Martın 9-da axşam saatlarında Rusiya Zaporojye vilayətində mühüm infrastruktur obyektlərinə raket zərbələri endirib. İlk zərbədən sonra Zaporojyedə enerji təchizatı dayandırılıb. Sonradan istehlakçıların təxminən üçdə birinə elektrik enerjisinin verilişi bərpa edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.