Ukraynanın nəqliyyat infrastrukturuna 10 milyard dollar ziyan dəyib

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynanın nəqliyyat infrastrukturuna 10 milyard dollardan çox ziyan dəyib.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov açıqlama verib. Nazir bildirib ki, obyektlərin əksəriyyəti bir ilə, mürəkkəb və böyük komplekslər isə iki ilə bərpa olunacaq: “Nəqliyyat infrastrukturu – yollar, körpülər, dəmir yolları, avadanlıqlar, hava limanları üzrə itkilər 10 milyard dolları ötüb. Ukrayna öz bərpasında dünyanın köməyinə arxalanacaq. Çünki bu faciə, bu müharibə tək bizim deyil. Ukrayna bütün sivil dünyanın maraqlarını qoruyur”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir