Ukraynanın şərqində döyüşlər intensivləşəcək –Britaniya kəşfiyyatı

Rusiya Ukraynanın şərqindəki səylərinə yenidən fokuslanmağa davam etdiyi üçün orada döyüşlər qarşıdakı iki və ya üç həftə ərzində intensivləşəcək.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya hücumları Donetsk və Luqansk yaxınlığındakı Ukrayna mövqelərinə fokuslanmış olaraq qalır. Vurğulanıb ki, Xerson və Nikolayev uğrunda döyüşlər davam edir, Kramatorks istiqamətində isə rusların hücumu yenilənib.

Əlavə olunub ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatları dəstəkləmək məqsədi ilə Belarusdan çəkilməyə davam edir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb