“Ukrayna üçün təhlükəsizliyin yeganə təminatı NATO-ya üzvlükdən əlavə, ona nüvə silahının ötürülməsidir”.
Azpost.info xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.
“Düzü, NATO-dan başqa yeganə təminat Ukraynanı nüvə silahı ilə təmin etmək olardı”, – XİN rəhbəri deyib.
Reynsalunun fikrincə, NATO Ukraynanın təşkilata qoşulmaq istəyini nəzərdən qaçırmamalıdır: “Eyni zamanda, Ukrayna NATO-ya üzv olmasa, Qərb ölkələri onu daha dağıdıcı silahlarla təmin edə bilər”.
Azpost.info